Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. Azərbaycan qılıncoynadanları Türkiyənin paytaxtı Ankarada keçirilən açıq turnirdə iki bür
Bu barədə Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib.
Maqsud Hüseynli böyüklər, Fərəh Abasova isə gənclər arasında sablya növündə mükafatçılar sırasına düşüblər.
Kişi sablyaçılardan Rəsul Əliyev 60 iştirakçı arasında 7-ci, Timur Husnaddinov 12-ci, Nahid Məmmədli isə 22-ci olub.
Qızların yarışında medalın bir addımlığında mübarizəni dayandıran Valentina Zeynalova 5-ci, Leyla Əhmədova 11-ci, Ayan Ağasıyeva 13-cü, Züleyxa Sultanlı 20-ci, Cahan Sadıxova 24-cü, İrina Lobas isə 27-ci olub.
Qabil YUSİFOĞLUXQ Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.