Qılıncoynatma üzrə Azərbaycan birinciliyi başa çatıb

30.12.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qılıncoynatma üzrə yeniyetmə və gənclərin Azərbaycan birinciliyinə yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışın ikinci günündə sablya və şpaqa növləri üzrə qaliblər müəyyənləşib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirin mükafatçıları diplom və medallarla təltif ediliblər.

Sablya.

Oğlanlar:

1. Rəsul Əliyev

2. Abbas Hüseynov

3. Daniel Verstakovas, Ayxan Xasıyev.

Qızlar:

1. Valentina Zeynalova

2. Fərəh Abasova

3. Zərifə Hüseynova, İrina Lobas.

Şpaqa.

Oğlanlar:

1. Mirxətai Məmmədov

2. Emin Səfərbəyov

3. Oruc Misirzadə, Məhəmməd Əsədullayev.

Qızlar:

1. Xədicə Həsənli

2. Nəzrin Mehdiyeva

3. Aynur Quliyeva, Mirnuray Abasova.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью