Qırğız Respublikasının birinci xanımı Ayqul Japarovadan Azərbaycan Respublikasının Birinci…
Azertag saytına istinadən Icma.az xəbər verir. Hörmətli Mehriban xanım.
Təbiətin yenilənməsinin rəmzi olan Novruz bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.Tarixən birliyi, harmoniyanı və qarşılıqlı anlaşmanı tərənnüm edən Novruz bayramı saf düşüncələrlə, nəcib arzularla yeni ilin başlanğıcı kimi qeyd olunur.
Qoy Novruz bayramı parlaq anlarla, səmimi görüşlərlə dolu yeni imkanların başlanğıcına çevrilsin.Hörmətli Mehriban xanım, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə, Ayqul Japarova Qırğız Respublikasının birinci xanımı Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu