Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır. Qırğız Respublikasının birinci xanımı Aygül Japarova Türk Mədəniyyəti və İrsi Fondun
Fonddan bildirilib ki, görüş zamanı türk mədəni irsinin qorunması və təbliği sahəsində əməkdaşlıq perspektivləri və təşəbbüsləri müzakirə ed
Diqqətə çatdırılıb ki, fond Türk dünyasının mədəni dəyərlərinin qorunması, bərpası və təbliği istiqamətində fəaliyyət göstərir.
Fondun prioritet vəzifələrindən biri "Turkheritage" ümumtürk mədəni irs obyektlərinin çoxdilli kataloqunun, Türk dünyasının mədəni irs obyektlərinin rəqəmsal platformasının yaradılması, təcrübə mübadiləsi üzrə beynəlxalq təhsil proqramlarının həyata keçirilməsidir.
Fond, həmçinin mədəni irs mərkəzlərinin açılması, eləcə də qardaş türk xalqlarının mədəni dəyərlərinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi kimi vəzifələri də yerinə yetirir.
Beynəlxalq Muğam Mərkəzinin solistləri və 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin iştirakı ilə birinci xanım üçün türk xalqlarının mədəni müxtəlifliyini təmsil edən konsert proqramı təşkil olunub.
Qeyd edək ki, birinci xanımın ziyarəti Qırğız Respublikasının Prezidenti Sadır Japarovun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı çərçivəsində baş tutub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.