Qırğızıstan BMT TŞ nin müvəqqəti üzvü olmaq üçün müraciət edib

15.04.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qırğızıstan 2027-2028-ci illərdə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olmaq üçün müvafiq müraciətlə çıxış edib.

Oxu.Az "AKİpress"ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.

Qeyd olunur ki, Qırğızıstanın Rusiyadakı səfiri Kubanıçbek Bokontayev Maltadan olan həmkarı Karmelo İnquanez ilə görüşü zamanı ölkəsinin namizədliyinə dəstək verilməsi xahişi ilə çıxış edib.

Məlumata görə, səfirlər ölkələrinin qarşılıqlı ticarət-iqtisadi əlaqələrin intensivləşdirilməsi, turizm sektorunda təcrübə mübadiləsinin aparılmasına hazır olduqlarını vurğulayıblar. Bununla yanaşı, ölkələr tərəfindən hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində aparılan işlər, imzalanması üçün hazırlanan sazişlər, konsulluq və hüquq sahəsində əməkdaşlıq müzakirə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью