Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 yanvar, AZƏRTAC
Qırğız Respublikası Joqorku Keneşində milli himnin variantlarının seçilməsi üçün deputat komissiyası yaradılıb.
AZƏRTAC “Kabar”a istinadla xəbər verir ki, deputat qruplarının komissiyanın tərkibindəki nümayəndələri təsdiqlənib: “Adilet Qırğızıstan” – Nurjamal Torobekova, “Ala-Toо” – Baxtıyar Kalpayev, “Menkeçil” – Venera Salyamova, “Eldik” – Ulan Jaanbayev, “Ata-Jurt” – Kamila Taliyeva.
Deputat Kamila Taliyeva bildirib ki, himn üçün təqdim olunmuş 900 variantdan yalnız üçü seçilib və hətta onlar da hələ də təsdiqlənməyib. “Məsələ ictimai müzakirəyə çıxarılmalıdır. Məsələ çox ciddidir. Joqorku Keneşin qarşısında asan olmayan vəzifə durur”, – deyə o vurğulayıb.
Komissiyanın işi 2026-cı il iyunun 1-dək davam edəcək.