Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qırğızıstanın iqtisadiyyatında son illər çox ciddi müsbət dinamika var. Ölkə iqtisadiyyatı 2025-ci ildə 11,1 %, 2026-cı ilin ilk 7 ayında isə yenidən 11,1 % böyüyüb”.
"Cebheinfo.az" xəbər verir ki, bunun iqtisadçı-ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu ilin yanvar-iyulunda sənaye 11,2 %, əsas kapitala investisiyalar 58,8 %, tikinti isə 60,6 % artıb:
“Təxminən 7,5 milyon əhalisi olan ölkə üçün bunlar kifayət qədər yüksək göstəricilərdir. Azərbaycanla Qırğızıstan arasında siyasi münasibətlər artıq müttəfiqlik səviyyəsinə yüksəlib, amma iqtisadi əlaqələrə baxanda hələ istifadə olunmamış kifayət qədər böyük potensial görünür.
Belə ki, 2025-ci ildə Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 77 milyon dollar olub. Bir il ərzində təxminən 1,9 dəfə artmasına baxmayaraq, bu rəqəm iki ölkənin imkanları ilə müqayisədə hələ aşağıdır".
Ekspert qeyd edib ki, əvəzində investisiya əməkdaşlığı sürətlənir:
"Azərbaycan-Qırğız İnkişaf Fondunun maliyyə imkanlarının 200 milyon dollara çatdırılması barədə razılıq əldə olunub, birgə layihələrin icrasına başlanılıb. Azərbaycan üçün Qırğızıstanın əhəmiyyəti sadəcə 77 milyon dollarlıq mövcud ticarətlə ölçülməməlidir.
Sürətlə böyüyən iqtisadiyyat, Orta Dəhliz üzərində yerləşmə, turizm, logistika, energetika və birgə istehsal imkanları bu ölkəni Mərkəzi Asiyada maraqlı iqtisadi tərəfdaşlardan birinə çevirir".
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin