Qırğızıstan nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət edib

07.12.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakı Torobayevin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 7-də Fəxri xiyabanı ziyarət edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, nümayəndə heyəti əvvəlcə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Sonra görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью