Qırğızıstan öz vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

10.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Qırğızıstan Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Suriya ərazisini tərk etməyi tövsiyə edib. 

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Vəziyyət sabitləşənə qədər nazirlik vətəndaşlara Suriya ərazisini tərk etməyi tövsiyə edir. 
Xarici İşlər Nazirliyi Suriya ərazisində yerləşən Qırğızıstan vətəndaşlarına istənilən vaxt yardım göstərməyə hazırdır. Eyni zamanda Qırğızıstan tərəfi Suriyadakı vəziyyəti diqqətlə izləməkdə davam edir", - məlumatda qeyd olunub.

Gülşən Şərif
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью