Qırğızıstan Özbəkistan sərhədindəki keçid məntəqəsi bağlandı

13.08.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qırğızıstan və Özbəkistan sərhədindəki "Otukçu" keçid məntəqəsi müvəqqəti bağlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə istinadən məlumat yayıb.

Bununla əlaqədar vətəndaşlar saat 07.00-dan 23.00-dək fəaliyyət göstərən "Apkan" sərhəd məntəqəsinə yönləndiriləcəklər.

Keçid məntəqəsi güclü su axınları nəticəsində "Otukçu" və "Tul" keçid məntəqələri arasındakı körpünün dayaqlarının yuyulması ilə əlaqədar olaraq bağlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью