Qırğızıstan prezidenti Rusiyaya səfər edəcək

01.07.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Qırğızıstan prezidenti Sadır Japarov iyulun 2-də Rusiyaya işgüzar səfərə gedəcək. 

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısı administrasiyası bəyanat yayıb.

Bəyanata əsasən, Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 2-də Moskvaya işgüzar səfər edəcək. Prezident Sadır Japarovla Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş gözlənilir.

Görüş zamanı iki dövlətin liderləri Qırğızıstan-Rusiya əməkdaşlığının cari məsələlərini, o cümlədən ticarət-iqtisadi, mədəni, humanitar və investisiya sahələrindəni müzakirə edəcəklər. 

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью