Qırğızıstan Prezidentinin ABŞ yə səfəri başladı

19.09.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qırğızıstan Prezidenti Sadır Japarovun ABŞ-yə işgüzar səfəri başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısını Yuta ştatının Solt-Leyk-Siti şəhərinin hava limanında ştat Senatının prezidenti Stüart Adams qarşılayıb.

Səfər çərçivəsində Sadır Japarov ştat rəhbərliyi ilə görüşlər keçirəcək, həmçinin turizm və dayanıqlı dağ inkişafı sahələrində ABŞ-nin təcrübəsi ilə tanış olacaq.

Daha sonra Qırğızıstan Prezidenti Nyu-Yorka gedəcək. O, burada BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrinin yüksək səviyyəli həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək,

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью