Qırğızıstan Rusiyadan S 300 sistemləri alıb

28.04.2025

Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

Qırğızıstan Rusiyadan S-300 sistemləri alıb


Qırğızıstan Rusiyadan S-300 zenit-raket kompleksləri alıb, bu barədə Respublika Təhlükəsizlik Şurasının katibi Marat İmankulov “İzvestiya”ya bildirib.

Cənab İmankulovun sözlərinə görə, alınan S-300-lər vahid regional hava hücumundan müdafiə sisteminin elementləridir, bununla bağlı saziş 2023-cü ildə qüvvəyə minib. Qırğızıstan tərəfinin ümumilikdə neçə kompleks alması göstərilmir.

Hava hücumundan müdafiə sistemlərinin tədarükü 2021-ci ildə Qırğızıstan prezidenti Sadır Japarovun Rusiyaya səfəri zamanı razılaşdırılıb. İkitərəfli razılaşmaya əsasən, Rusiya vahid hava hücumundan müdafiə sisteminin kollektiv təhlükəsizlik zonasında hərəkətlərini əlaqələndirir, Qırğızıstan isə bu hərəkətləri idarə edir. Qoşunların və texnikanın yerləşdirilməsi üçün respublika Bişkekdən 20 km aralıda yerləşən Rusiyanın Kant hərbi bazasının yanından 5 hektar torpaq sahəsi ayırıb.

Ötən həftə Qırğızıstan Müdafiə Nazirliyi Rusiyadan alınan S-300-lərin, həmçinin Tor və Peçora hava hücumundan müdafiə sistemlərinin ilk dəfə olaraq 8 May Qələbə Günü şərəfinə Bişkekdə keçiriləcək hərbi paradda iştirak edəcəyini açıqlamışdı.

Əziz Mustafa, Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью