Qırğızıstan ŞƏT in sədri oldu

01.09.2025

Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qırğızıstan ŞƏT-in sədri oldu


Bu gün Tyantszin sammitində ŞƏT-ə sədrlik Qırğızıstana təhvil verilib. Təşkilatın üzvünün yeni rolu yekun bəyannamədə öz əksini tapıb.
Sənəddə qeyd edildiyi kimi, sədrlik “ŞƏT-in 25 ili: davamlı sülhə, inkişafa və rifaha doğru birlikdə” şüarı altında keçiriləcək.
Bəyannaməyə əsasən, ŞƏT liderlərinin növbəti görüşü 2026-cı ildə Qırğız Respublikasında keçiriləcək.
Görüş zamanı təşkilat ölkələri arasında gələcək əməkdaşlıq və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq. Eyni zamanda, sammit iştirakçıları cari dövrdə əldə olunmuş razılaşmaların əhəmiyyətini qeyd ediblər.
“Üzv dövlətlər Çin Xalq Respublikasının 2024-2025-ci illərdə ŞƏT-ə sədrliyinin nəticələrini yüksək qiymətləndirirlər ki, bu da üzv dövlətlərin xalqları arasında qarşılıqlı anlaşma, etimad, dostluq və əməkdaşlığın dərinləşməsinə və təşkilatın nüfuzunun gücləndirilməsinə xidmət edir,”-görüşün işturakçıları vurğulayıblar.
Xatırladaq ki, son iki gündür ki, Tyantszin şəhərində ŞƏT-in sammiti keçirilir. Azərbaycan prezidenti İlham Əliyev də olmaqla 20-dən çox ölkənin liderləri bu sammitdə ıştirak edirlər.
Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью