Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Qırğızıstan və Tacikistanın sərhəd bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC “”Kazinform”a istinadla xəbər verir ki, Qazaxıstan Milli Məlumat Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qırğızıstan və Tacikistan arasındakı sərhəd bölgəsində yerləşib.
Zəlzələnin maqnitudası 4,7, energetika gücü isə 10,7 olub. Episentr 2 kilometr dərinlikdə yerləşib.
Dərc olunmuş əməliyyat məlumatlarında zəlzələnin şiddəti, tələfat və ya ziyan barədə heç bir məlumat verilməyib.