Qırğızıstan teatrı Bakıda!

29.03.2025

Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qırğızıstan teatrı Bakıda!

T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı “Dədə Qorqud” tamaşası ilə Bakıda çıxış edəcək.

Tamaşanın Bakı premyerası Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. 

Qırğızıstan Respublikasının Xalq yazıçısı Kayrat İmanalievin müəllifi olduğu “Dədə Qorqud” tamaşası 3 aprel saat 19:00-da Akademik Milli Dram Teatrında nümayiş olunacaq. Səhnənin quruluşçu rejissoru Marat Kozukeev, rəssamı Bakıt Tilekmatovdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью