Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qırğızıstan Prezidenti Sadir Japarovun Pakistana dövlət səfəri çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şərif arasında görüş keçirilib.
Aparılan danışıqlar nəticəsində bir sıra ikitərəfli sənədlər imzalanıb.Newscenter.az Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, görüş zamanı iqtisadiyyat, dəniz limanlarından istifadə, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, turizm, enerji, ədliyyə və hüquqi məsələlər sahələrində əməkdaşlığın genişləndirilməsinə dair imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib.Görüş zamanı həmçinin, Qırğızıstan Prezidenti Sadir Japarov və Pakistanın Baş naziri Şahbaz Şərif iki ölkənin maraqlarına uyğun hərtərəfli əməkdaşlığın gücləndirilməsinə dair Birgə Bəyanat imzalayıblar.Cavid Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.