Qırğızıstan və Tacikistan tarixi razılaşma imzalayıb

21.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Qırğızıstan və Tacikistan sərhədlə bağlı tarixi razılaşmaya nail olublar.

APA xəbər verir ki, Bişkekdə Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb.

Sənədi iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.

Qeyd edək ki, Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin uzunluğu 970 km-dən çoxdur. Bundan əvvəl Bişkek və Düşənbə mübahisəli sahələri razılaşdırmışdılar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью