Qırğızıstan xüsusi xidmət orqanları Bişkek merinin müavinini saxlayıb

16.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Qırğızıstanda xüsusi xidmət orqanları Bişkek merinin nəqliyyat və tikinti məsələləri üzrə müavini Jamalbeq Irsaliyevi saxlayıb.

Bu barədə Bakıvaxtı.az Qırğızıstan KİV-inə istinadən xəbər verir.

Mənbələrin məlumatına görə, J.Irsaliyev ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onunla birlikdə paytaxt bələdiyyəsinin bir neçə məmuru da saxlanılıb.

Bişkek merinin müavininin və digər saxlanılanların nədə şübhəli bilindiyi hələlik məlum deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью