Qırğızıstan yeni neft emalı zavodunu istifadəyə verəcək

27.02.2025

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin yazında Qırğızıstanın Batken vilayətində yeni neft emalı zavodu istifadəyə veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Kabar agentliyi məlumat yayıb. Bildirilib ki, neft quyularında Qırğızıstan-Türkiyə “K-Neftegaz” ASC və “Qırğıztransnefteqaz” Dövlət Müəssisəsi ilə birlikdə təmir və hazırlıq işləri aparılıb. Hazırda neft emalı zavodunun tikintisi 95 faiz tamamlanıb. Tam istismara verilməsi 2025-ci ilin mart ayına planlaşdırılır. Layihə tam istifadəyə verildikdən sonra 350-400 iş yeri açılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью