Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

16.04.2025

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Qırğızıstanda aprelin 21-24-də Azərbaycanın Mədəniyyət Günləri keçiriləcək.

Axşam.az xəbər verir ki, bu barədə Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi məlumat yayıb.

Proqrama Bişkekin aparıcı mədəniyyət müəssisələrində təşkil olunacaq sərgilər, konsertlər, ədəbi təqdimatlar və ustad dərsləri daxildir.

Tədbirlər çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş simfonik musiqi gecəsi keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью