Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qırğızıstanın paytaxtı Bişkek şəhərində ” İslahatçı Gənclər” İctimai Birliyi və bu ölkənin Gənclər Parlamentinin birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən COP29 konfransına həsr edilmiş "Qırğızıstan və Azərbaycan: gənclər siyasəti sahəsində iqlim dəyişikliyi ilə mübarizədə birgə səylər” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycan və Qırğızıstanı təmsil edən gənclər, media rəhbərləri, deputatlar və diplomatlar iştirak edib.
Konfransda Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafında gənclərin və gənclər təşkilatlarının rolu müzakirə olunub.
Eyni zamanda, gənclərin iqlim dəyişikliklərinə qarşı mübarizədəki fəaliyyəti əsas müzakirə mövzusu olub.
Toplantının açılış mərasimində çıxış edən Qırğızıstan parlamentinin Azərbaycanla iş üzrə İşçi Qrupunun rəhbəri deputat Deputat Saidbek Zulpiyev, Qırğızıstan parlamentinin deputatı Eldar Süleymanov, Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Zülfüqar Tanarverdi eyni zamanda, "İslahatçı İctimai” Birliyinin sədri Fərid Şahbazlı Azərbaycan-Qırğızıstan əlaqələrindən geniş bəhs ediblər.
Çıxış edən natiqlər iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini qeyd ediblər.
Konfransda bildirilib ki, Azərbaycanın COP29 kimi böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi onun beynəlxalq münasibətlər sistemindəki mühüm rolundan xəbər verir.