Qırğızıstanda Leninin abidəsi sökülüb

07.06.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sovetlər İttifaqının banisi Vladimir Leninin vaxtilə Qırğızıstanın Oş vilayətində ucaldılmış abidəsi sökülüb.

APA “Sputnik-Kyrgyzstan”a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Hələlik şəhər meriyası baş verənləri şərh etməyib.

Qeyd edək ki, sözügedən monument regionun nəhəng abidələrindən biri hesab olunurdu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью