Qırğızıstanda məscidlərin sayı azaldıla bilər

08.04.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Qırğızıstanın Dini Qurumlarla İş üzrə Dövlət Komissiyası məscidlərin sayına məhdudiyyət qoyulmasını təklif edib.

"Cebheinfo.az" “ArbatMedia”ya istinadən xəbər verir ki, buna səbəb tikililərin yerli əhalinin tələbatı nəzərə alınmadan mərkəzləşdirilmiş qaydada inşa edilməməsi olub.

Belə ki, bununla bağlı müvafiq qanun layihəsi ictimai müzakirəyə çıxarılıb. Layihəyə əsasən dini tikililər arasında məsafə ilə bağlı dəqiq standartların tətbiqi təklif edilib.

Qeyd olunub ki, bu tikililər şəhər və rayon mərkəzlərində bir-birindən 4 kilometr aralı məsafədə yerləşməlidir. Kəndlərdə isə ən azı iki-üç kilometr məsafədə olmalıdır.

Həmçinin bildirilib ki, bu layihə qüvvəyə minməzdən əvvəl tikilmiş dini binalar sökülməyəcək və məhdudiyyətlərə məruz qalmayacaq.

Qeyd edək ki, bu təşəbbüs dini binaların tikintisini tənzimləmək üçün 2021-ci ildəki kampaniya ilə bağlıdır. Səlahiyyətlilər həmin ildə rəsmi statusu olmayan obyektləri qeydiyyata almağa başlayıblar. Bu zaman 644 qeydiyyatsız məscid, ibadət evi və məbəd qeydə alınıb.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью