Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Qırğızıstanda prezident postuna namizədlərin sayı 7-yə çatıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, keçmiş deputat olan Baktıbek Kalmamatov prezidentlik postuna namizədliyinin irəli sürülməsi ilə bağlı ölkənin Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edib.
Bundan əvvəl isə seçkilərdə iştirak etmək niyyətində olduqları barədə ərizələri Qırğızıstanın hazırkı dövlət başçısı Sadır Japarov, Rusiya-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin keçmiş üzvü Aymen Kasenov, Çuy vilayətinin bölgələrindən birinin sabiq başçısı Azamat Esenbekov, Qırğızıstanın Maliyyə Polisinin eks-rəhbəri Sıymık Japıkeev, iş adamı Akay Kıdırov və qırğızıstanlı kommunistlərin lideri İshak Masaliyev təqdim ediblər.
Qeyd edək ki, Qırğızıstanda prezident seçkiləri 2027-ci il yanvarın 27-də keçiriləcək. Namizədliklərin irəli sürülməsi prosesi noyabrın 13-də başa çatacaq, bundan sonra isə namizədlərin qeydiyyata alınması başlayacaq. Namizədin qeydə alınması üçün isə həmin şəxs azı 30 min seçici imzası toplamalı və 11,4 min dollar həcmində girov yatırmalıdır.