Qırğızıstanda sürətlə hərəkət edən attraksionda dəhşətli anlar yaşandı

02.04.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən parklardan birində bədbəxt hadisə baş verib.

Oxu.Az bu barədə "Sputnik Qırğızıstan"a istinadən xəbər verib.

Belə ki, uşaqlardan biri sürətlə hərəkət edən attraksiondan yerə çırpılıb. Uşaq beyin silkələnməsi və çoxsaylı bədən xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə anbaan həvəskar çəkiliş aparan şəxslərdən biri tərəfindən qeydə alınıb. Hadisədən dərhal sonra parkda yerləşən attraksionların işi dayandırılıb, araşdırma aparılır.

Qırğızıstanda sürətlə hərəkət edən attraksionda dəhşətli anlar yaşandı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью