Qırğızıstanda TÜRKPA nın 15 ci plenar iclası keçiriləcək

18.10.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Qırğızıstan parlamentində oktyabrın 19-20-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15-ci plenar iclası və Assambleya Şurasının iclası keçiriləcək.

TÜRKPA-dan BAKU.WS-ə verilən məlumata görə, plenar iclas "Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlamentlərarası əməkdaşlıq" mövzusuna həsr olunacaq.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kiprin parlament sədrlərinin rəhbərlik etdiyi üzv və müşahidəçi ölkələrin parlament nümayəndə heyətlərinin, eləcə də beynəlxalq təşkilatların, türk əməkdaşlıq qurumlarının və digər tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd olunub ki, 15-ci plenar iclas çərçivəsində Qadın Parlamentarilər Qrupunun 5-ci iclası və Gənc Parlamentarilər Qrupunun 5-ci iclası da keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью