Qırğızıstanda üzü örtən paltar geyməyə görə cərimə tətbiq edildi

26.12.2024

Icma.az, Manset portalına istinadən məlumat verir.

Qırğızıstan parlamenti vətəndaşın şəxsiyyətini müəyyən etməyə imkan verməyən paltar geyinməyə görə cərimənin tətbiqini dəstəkləyib.

Manset.az -ın məlumatına görə xarici media bu barədə xəbər verir.

Hüquqpozmalara dair maddədə qeyd olunur ki, əmək və xidməti fəaliyyətlə əlaqədar geyimlər, habelə tibbi səbəblərə görə üzünü örtmək istisna olmaqla, vətəndaşın şəxsiyyətini müəyyən etməyə imkan verməyən geyim geyinməyə görə cərimə tətbiq edilir.

Bu müddəanın pozulması 20 min som (təxminən 23 min rubl) cərimə ilə cəzalandırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью