Qırğızıstanda xüsusi xidmət orqanlarının rəhbərlərinə qarşı suiqəsd hazırlayan şəxs saxlanıldı

20.11.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTK) əməkdaşları ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinə sui-qəsd hazırlamaqda şübhəli bilinən mütəşəkkil cinayətkar dəstənin üzvünü saxlayıblar.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə MTK-nın mətbuat mərkəzindən məlumat verilib.

"Kamçibek Asanbekin (kriminal avtoritet) mütəşəkkil cinayətkar qrupunun fəal üzvü Ruslan Duyşeyev saxlanılıb. Mövcud məlumatlara görə, Duyşeyev axtarışda olduğu müddətdə MTK-nın rəhbərliyinə qarşı sui-qəsd təşkil etmək üçün plan hazırlayıb", - deyə məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью