Qırğızıstanda yaşlı valideynlərini saxlamaqdan imtina edənlər cərimələnəcək və ya həbs ediləcək

02.12.2024

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qırğızıstanda yaşlı valideynlərini saxlamaqdan imtina edən insanlar cərimələnəcək və ya həbs ediləcək.

APA-nın Rusiya bürosu xəbər verir ki, respublika prezidenti Sadır Japarov valideyni himayə etməkdən yayınan qırğızıstanlılar üçün cərimələr və həbs cəzaları haqqında qanun imzalayıb.

Qanuna əsasən, valdeyni himayə etməkdən yayınanları 50-100 min som (1000-2000 AZN) cərimə və ya bir ildən iki ilədək həbs gözləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью