Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Qırğızıstanda yeni təbii qaz yatağı aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Qırğızneftqaz” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Maylı-Suu rayonunda aşkarlanan yatağın gündəlik qaz hasilatı 40 min kubmetrdən çoxdur. Bu, Koçkor-Ata şəhərinin və ətraf kəndlərin təbii qazla tam təmin olunmasına imkan verəcək.
“Qırğızneftqaz” ASC-nin İdarə Heyətinin sədri Samsaalı Çetimbayev bildirib ki, son 10-15 ildə müəssisədə belə yüksək hasilat gücünə malik qaz mənbəyi qeydə alınmayıb.
Bizim.Media