Qırğızıstanda yüksək vəzifəli məmur saxlanıldı

20.02.2026

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qırğızıstanda Milli Təhlükəsizlik Dövlət Komitəsinin (DTK) Bişkek üzrə 6-cı idarəsinin rəhbəri saxlanılıb.

"Unikal" 24.kg portalına istinadla məlumat verir ki, “Grudak” ləqəbli DTK əməkdaşı  Hərbi Prokurorluq tərəfindən tutulub. Pervomayski Rayon Məhkəməsi onun barəsində istintaq materialları nəzərə alınaraq aprelin 15-dək müvəqqəti saxlama təcridxanasında həbs qətimkan tədbiri seçib.

Bildirilir ki, o, “Korrupsiya” maddəsi üzrə istintaqa cəlb olunub. Hazırda araşdırma davam edir.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью