Icma.az bildirir, Moderator.az portalına istinadən.
Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya şirkəti “Qazprom” respublikanın qazlaşdırılması ilə bağlı öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə, ölkənin qaz infrastrukturunu yenidən dövlət nəzarətinə qaytaracağı ilə hədələyib.
Moderator.az xəbər verir ki, Japarov 2013-cü ildə Qırğızıstanın qaz sisteminin simvolik olaraq 1 dollara “Qazprom”a satıldığını xatırladıb.
“Razılaşmada "Qazprom"un bütün ölkənin qazlaşdırılması üçün vəsait ayırmalı olduğunu nəzərdə tutan bəndlər var. Lakin bu öhdəliklər indiyədək yerinə yetirilməyib. Artıq iki-üç ildir deyirəm ki, bunu etməsəniz, "Kumtor" kimi geri qaytaracağam və işi özüm görəcəyəm”, – deyə prezident bildirib.