Qırğızıstanın əhalisi 7,3 milyonu ötüb

26.05.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 may, AZƏRTAC

Qırğızıstanın Milli Statistika Komitəsinin məlumatına görə, ölkənin daimi əhalisi 2025-ci ilin yanvar-mart aylarında 26,4 min nəfər artaraq 7 milyon 308 min nəfər olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Kabar agentliyi məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin yanvar-mart aylarında vətəndaşlıq vəziyyəti aktlarında 31,8 min yeni doğulmuş uşaq qeydiyyata alınıb.

2025-ci ilin yanvar-mart aylarında əhalinin təbii artımının ən yüksək səviyyəsi Batken, Oş və Cəlal-Abad vilayətlərində, ən aşağı səviyyəsi isə Bişkek şəhəri və İssık-Kul vilayətində müşahidə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью