Qırğızıstanın əhalisi 7,4 milyona yaxınlaşır Statistika

03.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Qırğızıstanın əhalisi 1 dekabr 2025-ci il tarixinə olan hesablamalara görə, 7 milyon 395 min nəfərə çatıb.

AZƏRTAC Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisi 112 min 800 nəfər, yəni 1,5 faiz artıb. Həmin dövrdə 127 min 800 yeni doğulan uşaq, 29 min 300 ölüm qeydə alınıb.

Ən yüksək təbii artım Batken, Oş və Cəlalabad bölgələrində, ən aşağı isə Bişkekdə müşahidə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью