Qırğızıstanın nazir müavini: Azərbaycan Mərkəzi Asiya və Yaxın Şərq üçün nəqliyyat qovşağı…
Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycan iki transkontinental marşrutun - Şərq-Qərb və Şimal-Cənubun
“Şərq-Qərb” marşrutuna gəlincə, Çinin ən yaxın qonşusu olan Qırğızıstan bu ölkəyə giriş qapısı kimi çıxış edir.
Bizim üçün Azərbaycan Avropaya, eləcə də Rusiyaya açılan qapıdır.Bu barədə COP29 çərçivəsində Qırğızıstanın milli pavilyonunda AZƏRTAC-a müsahibəsində Qırğız Respublikasının nəqliyyat və kommunikasiyalar nazirinin müavini Bekjan Rısmendeyev bildirib.“Azərbaycan Mərkəzi Asiya və Yaxın Şərq üçün nəqliyyat qovşağıdır.
Biz Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində və möhkəmlənməsində çox maraqlıyıq.
Bununla bağlı ikitərəfli danışıqları planlaşdırırıq. Biz, həmçinin Orta Dəhlizin daha da təşviqi üçün müntəzəm olaraq çox iş görürük.
Bu gün Orta Dəhlizin ekoloji komponenti ilə bağlı tədbir keçiriləcək.
Qırğızıstan bu məsələdə özü üçün yeni imkanlar görür və düşünürəm ki, yaxın gələcəkdə biz Azərbaycanla qarşılıqlı fəaliyyətin və əməkdaşlığın yeni səviyyəsinə çıxacağıq”, -deyə agentliyin həmsöhbəti qeyd edib.Onun sözlərinə görə, bu gün iqlim dəyişikliyi artıq təkzibolunmaz bir faktdır.
Qırğızıstan rəsmisi əlavə edib: “Biz bunu gözardı edə bilmərik və iqlim dəyişikliyi olmadan nəqliyyat və infrastrukturun inkişafının gələcəyini planlaşdırmaq mümkün deyil”.Bununla bağlı Qırğızıstanda iqlim dəyişikliyi ilə bağlı vəziyyətə toxunan Bekjan Rısmendeyev bildirib ki, təkcə bu il ölkədə adi haldan 5 dəfə çox sel və sürüşmə baş verib və bu, Qırğız Respublikasının nəqliyyat infrastrukturuna böyük ziyan vurub, həm də sosial və maliyyə itkilərinə gətirib çıxarıb.O, COP29-un belə yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.“Biz Azərbaycan tərəfinin təşkil etdiyi bu genişmiqyaslı COP29 tədbirində iştirak etməkdən çox məmnunuq.
Tam oxu
Xəbəri oxu