Qırğızıstanın paytaxtında bomba həyəcanı

04.03.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qırğızıstanın paytaxtı Bişkekdəki Manas Beynəlxalq Hava Limanında sərnişinlərin təxliyəsinə başlanılıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə 24.kg-a hava limanının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, reyslərə sərnişinlərin qeydiyyatı dayandırılıb.

“Parklanmada olan avtomobillərdən birinə bomba qoyulması barədə məlumat daxil olub. Hazırda aeroport binası boşaldılır”, - məlumatda vurğulanıb.(Report)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью