Qırğızıstanın səfiri: Xankəndində baş verən dəyişikliklər məni heyran etdi

18.04.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xankəndi, 18 aprel, AZƏRTAC

Bu gün Xankəndinə ilk səfərimi edirəm. Burada baş verən dəyişikliklər məni heyran etdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Xankəndinə səfəri çərçivəsində deyib.

Səfir əlavə edib: “Burada Azərbaycanın həyata keçirdiyi bərpa işlərinin şahidi olduq. Arzu edirik ki, növbəti ildə də bu şəhərə gələk və tamamilə yeni, bərpa olunmuş, yenidən inşa edilmiş Xankəndini görək. Məcburi köçkünlərin mümkün qədər tez bir zamanda buraya qayıdaraq sülh və quruculuq şəraitində yaşamağa başlaması diləklərimi çatdırıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью