Qırğızıstanla Tacikistan arasında delimitasiya və demarkasiya ilə bağlı razılıq əldə olunub

04.12.2024

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qırğızıstan-Tacikistan Sərhədinin Delimitasiyası və Demarkasiyası üzrə Hökumətlərarası Komissiya sərhədboyu xətlərin müəyyənləşdirilməsi prosesini yekunlaşdırıb.

APA-nın yerli “kyrtag.kg” portalına istinadən xəbərinə görə, bu barədə komissiyanın Qırğızıstanın Batken şəhərində keçirilən bugünkü iclasında məlumat verilib.

Görüş zamanı Qırğızıstanın baş nazirinin müavini Kamçibek Taşiyev və Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Saymumin Yatimov işçi qruplarına yekun razılaşmanın mətninin hazırlanması ilə bağlı göstəriş veriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью