Qırğızlar çəltik qabığından kərpic hazırlayıb VİDEO

29.07.2025

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Qırğızıstanın kiçik Qzıl-Kiya kəndindən olan Nursultan Tabaldiyev ənənəvi tikinti materiallarına qeyri-adi alternativ təklif edib.

Tribunainfo.az xəbər verir ki, o, çəltik qabıqlarından tikinti materialları istehsal etmək texnologiyasını icad edib.

Məlumatda deyilir ki, blokların 60%-i çəltik qabığından, qalan 40%-i isə kimyəvi qatqılar olmayan gil, sement və yapışqandan hazırlanır. Ekspertlər bunu ideal ekoloji cəhətdən təmiz tikinti materialı hesab edirlər.

Həmçinin o da məlum olub ki, qabıqda olan silisium sayəsində belə bloklar beton kimi möhkəm olurlar. Son beş ildə isə Qırğızıstanda 300-dən çox ev həmin kərpiclərdən tikilib. Çəltik bloklarından tikilmiş evlər qışda istiliyi, yayda isə sərinliyi yaxşı saxlayır. O, həm də odadavamlıdır.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью