Qırıcı təyyarə təlim zamanı bomba atdı, yaralılar var | Icma.az
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cənubi Koreyada təlim zamanı qırıcı təyyarənin səhvən yaşayış məntəqəsinə bir neçə bomba atması nəticəsində 7 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
ABŞ-Cənubi Koreyanın birgə təlimində iştirak edən iki KF-16 döyüş təyyarəsi Seuldan 42 km şimal-şərqdə yerləşən Poçeon şəhərindəki Seungjin təlim poliqonunun kənarına təsadüfən 8 MK-82 bombası atıb.
Nəticədə yeddi nəfər ağır xəsarət alıb, kənddəki kilsə və 6 digər bina dağılıb.
Bütün zərərçəkənlər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ölkənin Hərbi Hava Qüvvələri insidentin araşdırıldığını bildirib və mülki şəxslərə dəyən zərərə görə üzr istəyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu