Qırılmış qəlbi müalicə edən dərman aşkar olunub

15.11.2024

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Yaxınların ölümü insan sağlamlığına ən ciddi təsir edən stress-faktorlardan biridir.

Araşdırmalar göstərir ki, belə hadisələrdən sonra bir neçə gün ərzində ürək tutması, infarktın və bunlarla bağlı olan ölümün riski kəskin qalxır.

Saglamolun.az xəbər verir ki, bu hal üçün hətta xüsusi termin var - "qırılmış qəlb sindromu" və ya "Takosubo sindromu". Bu sindrom ürək əzələsinin zədələnməsinə səbəb olur.

Arizona Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, yaxın insanın ölümündən sonra aspirinin qəbulu "qırılmış qəlb" sindromundan ölümün riskini xeyli azaldır.

Aspirin profilaktik dozalarda infarktın riski yüksək olan insanlara təyin olunur ki, bu preparat damarlarda trombların əmələ gəlməsinə mane olur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью