Qırmızı bayraq qaldırılıb: 5 vilayətdə dənizə girmək qadağan edildi

01.08.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Türkiyənin Mərmərə və Qara dəniz sahillərində müşahidə olunan güclü külək və əlverişsiz hava şəraiti səbəbindən 5 vilayətdə dənizə girmək müvəqqəti qadağan olunub.

Sherg.az xəbər verir ki, Tekirdağın Süleymanpaşa, Marmaraereğlisi və Saray rayonlarında, Sakaryanın Karasu, Kocaali və Kaynarca rayonlarında, Kırklarelinin Demirköy və Vize rayonlarında, Kocaelinin Kandıra rayonunun bəzi çimərliklərində, eləcə də Düzcənin Akçakoca rayonunda çimərliklərdə qırmızı bayraq qaldırılıb.

Meteorologiya Baş İdarəsinin xəbərdarlıqları əsasında qəbul edilən qərara görə, güclü külək və yüksək dalğa riski səbəbindən vətəndaşların təhlükəsizliyi məqsədilə dənizə girmək qadağan edilib.

Xilasedicilər çimərliklərdə növbə çəkərək əhalini dənizə daxil olmamağa çağırır. Səlahiyyətli qurumlar hava və dəniz şəraiti normallaşana qədər qadağanın qüvvədə qalacağını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью