Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qırmızı dənizdə Yəmənin qərb sahilləri yaxınlığında partlayıcı yüklü qayığın hücumuna məruz qalan Hindistana məxsus yük gəmisi batıb.
Modern.az xəbər verir ki, Faize Noore Oliya adlı gəmi Əl-Hüdeyda şəhərindən təxminən 13 dəniz mili cənubda olarkən hücuma məruz qalıb və qısa müddət sonra suya qərq olub.
Məlumata görə, gəmidə olan 14 nəfərlik ekipaj – 13 Hindistan vətəndaşı və 1 Yəmən vətəndaşı – Yəmən Hərbi Dəniz Qüvvələri və sahil mühafizəsi tərəfindən xilas edilib.
Hadisə nəticəsində ekipaj üzvlərindən xəsarət alan olmayıb.