Qırmızı dənizdə partlayış 4 dənizçi həlak oldu

05.02.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Yəmənin Qırmızı dənizdəki Salif limanı sahillərində mina partlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yəmənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Salif limanı sahillərində mina partlaması nəticəsində gəmidə olan 14 ekipaj üzvündən 4-ü ölüb, digərləri isə yaralanıb

Əlavə edilib ki, yaralılar balıqçılar tərəfindən Tarfa adasına, oradan da müalicə olunmaq üçün Zebid şəhərinə aparılıb.

Xarici İşlər Nazirliyinin açıqlamasında gəminin Cibutidən gəldiyi və Salif limanına getməzdən əvvəl ötən bazar günü yoxlama üçün Taiz əyalətindəki Muha limanına daxil olduğu da qeyd edilib.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью