Qırmızı ət bu xəstəliyin riskini atırır

15.10.2026

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xarici KİV-in məlumatına əsasən Sinqapur alimləri eksperimentlər nəticəsində belə qərara gəliblər ki, qırmızı ətin (mal, qoyun əti) tez-tez qəbulu böyrək çatışmamazlığının riskini artırır.

Alimlər 15 ildən artıq 63 min insana nəzarət edirdilər. Bu insanların pəhrizi və onlarda böyrək çatışmamazlığının riski təhlil edilirdi. Nəticədə məlum olub ki, bu insanlar arasında tez-tez qırmızı ət yeyənlərdə az yeyənlərlə müqayisədə bu ağır pozulmanın riski 40% çoxdur.

Saglamolun.az bildirir ki, bundan əvvəl aparılmış araşdırmalar göstərib ki, qırmızı ətin tez-tez qəbulu ani ölümün, ürək-damar və bəzi xərçəng növlərinin riskini artırır.

Alimlər qırmızı ətin qəbulunu azaltmağı, qırmızı ətin əvəzinə balıq və toyuq ətini yeməyi tövsiyə edirlər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью