Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Şou əhlinin gördüyü hər iş kimi bəzən yeyib-içdiyi qidalar da müzakirələrə səbəb olur. Onlar ya efirlərdə ya da sosial şəbəkələrdə qida rasiyonları ilə bağlı sensassiyaya səbəb olacaq açıqlamalar verirlər.
BAKU.WS xəbər verir ki, müğənni Türkan Vəlizadə verilişlərdən birində hər gün 5 fincan kofe içdiyini söyləyərək hamını təəccübləndirib. Bəzi məşhurlar isə çörəkdən və qırmızı ətdən imtina etməkləri ilə müzakirələrə səbəb olublar. Elə Xalq artisti Faiq Ağayev müsahibələrindən birində 1996-cı ildən çörək yemədiyini etiraf edib. Bəs görəsən başqa hansı azərbaycanlı məşhurlar bu addımı atıblar?
Müğənni Rahidə Baxışova uzun müddətdir ki, qırmızı ətdən imtina edib:
"18 ildir limon qabığı yeyirdim. Son illərdə bunu dayandırdım. Sadəcə olaraq indi dana və qoyun əti yemirəm. Toyuq və balıq əti istifadə edirəm. Arada bir də çörək yeyirəm. Çox nadir hallarda isə şirniyyat yeyirəm".
Müğənni Rəvan Qarayev 2 il 6 aydır ki, çörək yemədiyini deyib:
"2 il yarımdır ki, çörək yemirəm. Qoxusu da yadımdan çıxıb. Vitamini digər qidalardan alıram. Axşamlar şirə içirəm. Soyuducuda 20 kiloqram portağal saxlayıram. Onun şirəsini qəbul edirəm. Tort, digər şirniyyat növlərindən imtina etmişəm".
Müğənni Nura Suri illərdir qırmızı ət yemədiyini etiraf edib:
"Mən on ildən bəri heyvan əti yemirəm və bunu doğru hesab etmirəm. Övladlarım yeyir, amma onların seçiminə müdaxilə edib öz fikrimi onlara yükləmirəm. Yeyənlər isə çoxlu bəhanələr gətirərək sübut etməyə çalışırlar ki, onlar haqlıdır, mən isə yox.. Məni hamı başa düşə və qəbullana bilməz. Bunu normal bir hal kimi qəbul edirəm".
Xalq artisti Cavan Zeynallı son zamanlar çörəkdən imtina edib:
"Ləzzətli yeməkləri sevirəm. Biz çox tədbirlərdə oluruq. Toylarda yaxşı yeməklər olur. Pəhriz saxladım, arıqladım, hamı gördü. Bir yerdə oxudum ki, çörək yeməyin. Başlamışam çörək yeməməyə...".
Xalq artisti Brilliant Dadaşova 20 ildən çoxdur çörək yemir:
"20 ildir ki, çörək yemirəm. İlk vaxtlar çox çətin idi. Hətta bədənim əsirdi. Çünki çörək və şirniyyat insanda asılılıq yaradır. Çörəkdən birdən-birə imtina edəndə isə bədən stress keçirir. O qədər çətin gəlirdi ki, elə bilirdim, heç vaxt doymayacam. İndi isə çörək yeyənlərə birtəhər baxıram. Çörək çox ağır qidadır. Düyü və kartofdan da uzaq durmağa çalışıram. Qida rasionunda daha çox balıq, yumurta və pendirə üstünlük verin".
Xalq artisti Miri Yusif də çörəkdən imtina edən məşhurlardandır:
"İradəm var. Çörək, bulka yemirəm. Çox nadir hallarda olar ki, xəmirdən hazırlanan nəsə yeyim. Çörəkdən başqa hər şeyi yeyə bilərəm".
Aşıq Telli Borçalı ilə xəmir xörəklərini yeməyə davam edir. O gün ərzində 10 limon yeyib, rəqs edib formada qalmağa üstünlük verir:
"Xəmir xörəklərini sevirəm. Lakin onu yedikdən sonra dəhşətli dərəcədə limon yeyirəm. Məsələn evdə 10 limon olsa axşama qədər 8-ni yeyirəm. Özü də qabıqlı yeyirəm. Gündəlik olaraq ritmik oyun havaları oynayıram".