“Qırmızı” ilə tarixə düşdü

23.06.2025

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Real”ın futbolçusu Raul Asensio Klublararası Dünya Çempionatının “Paçuka” ilə matçında qırmızı vərəqə alıb.

Futbolpress.az xəbər verir ki, ispan müdafiəçi 7-ci dəqiqədə kobud oyuna görə meydandan qovulub. Bu, turnir tarixinin ən erkən qırmızı vərəqəsi olub.

Bundan öncəki antirekord “Əl Hilal”ın sabiq futbolçusu Mateus Pereyraya aid idi. O, 2021-ci ildəki turnirdə “Əl Əhli” ilə matçın 14-cü dəqiqəsində “qırmızı” almışdı.

“Real” azlıqda olmasına baxmayaraq, “Paçuka”nı 3:1 hesabıyla məğlub edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью