Qırmızı işıqda keçdi, zəncirvari qəzaya səbəb oldu VİDEO

17.01.2025

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Nijni Novqorod vilayətində “Honda” markalı avtomobil işıqforun qırmızı işığından keçərək “Renault” və “Toyota”ya çırpılıb.

Manset.az xəbər verir ki, bu barədə Nijni Novqorod vilayətinin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi öz Telegram kanalında məlumat yayıb.

Görüntülərdə Honda markalı avtomobilin işıqforun qırmızı işığından keçməsi və sola dönən Renault-a çırpılması əks olunub. Toqquşmadan sonra Honda qarşı hərəkət zolağına çıxıb və orada Toyota markalı avtomobilə çırpılıb.

“Honda” markalı avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью