Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Zabrat qəsəbəsində piyadaların yol hərəkəti qaydalarını kütləvi şəkildə pozması kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 17-də saat 11:56 radələrində Babək küçəsində qeydə alınıb.
Kadrlardan görünür ki, bir qrup piyada hərəkətdə olan avtomobillərə məhəl qoymadan işıqforun qadağanedici işığında yolu keçməyə başlayıb. Bu zaman piyadalarla yanaşı, hərəkətdə olan avtomobillərin sürücüləri üçün də təhlükəli vəziyyət yaranıb.
Hətta qayda pozan piyadalardan biri dayanaraq yaxınlaşan avtomobilin sürücüsünə əlini uzadıb və işıqforu göstərərək ona irad bildirib.
Qeyd edək ki, sözügedən ərazidə piyada keçidinin hərəkəti işıqforla nizamlanır. Kadrlardan aydın olur ki, piyadalar qarşı tərəfdəki işıqforun onlar üçün icazəverici siqnalını gözləmədən hərəkət ediblər. Bu isə qəza riskini daha da artırıb.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227084.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar